Tahir Kərimli: “Heyvanların daşınması üçün nəzərdə tutulan maşınları AQTA özü alsın”backend

Tahir Kərimli: “Heyvanların daşınması üçün nəzərdə tutulan maşınları AQTA özü alsın”

“Zahirən baxanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin sərt tələbləri var. Bunu yerinə yetirmək zərurəti olur. Əlbəttə ki, heyvanların xüsusiləşdirilmiş avtomillərdə, qatarlarda daşınmaları daha uyğundur. Bu, heyvanların sağlamlıqları üçün, həm də ətraf mühitin qorunması baxımından yaxşıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan heyvanların daşınmaları barədə qəbul etdiyi yeni qərardan danışarkən deyib.

T.Kərimli mövcud şəraitdə belə bir addımın atılmasını tənqid edib: “Bu qərar bilirsiniz, nəyə bənzəyir? Şəhərdə köhnə avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olunmasın, yeni taksilər olsun… Bəli, zahirən bu taksilər gözəl görünür. Bəs əvəzində nə oldu? Minlərlə insan – köhnə maşın idarə edənlər dolanışıqdan məhrum oldular. İndi isə AQTA-nın tələbi beynəlxalq standartlara uyğun heyvan daşınması üçün zəruridir, yaxşıdır. Əvəzində bütün avtomobillərin alınma və digər xidmət xərcləri malın, heyvanın qiymətinə əlavə olunacaq. Bu da zəncirvari formada – istər ət kəsim müəssisələrində, istərsə də fərdi kəsim müəssisələrində qiymətlərin artmasına səbəb olacaq. Belə bir şey varsa, AQTA öz hesabına heç olmasa öz ixtisaslaşdırılmış daşınma sistemini yarada bilər. Heyvan sahibləri ilə müqavilə imzalaya bilər. AQTA öz hesabına, yaxud dövlət hesabına həmin avtomobilləri alsın, ya icarəyə versin, yaxud daşımaları özü həyata keçirsin. Bəlkə, onda müəyyən qədər ucuzluq olar. Çünki öyrəşmişik, Azərbaycanda yeni nə tətbiq olunursa, qiymətlər qalxır, ziyan xalqa dəyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*