Taksilərin avtobus zolaqlarına buraxılması ilə bağlı MÜHÜM XƏBƏR: “Yaxın gələcəkdə…”backend

Taksilərin avtobus zolaqlarına buraxılması ilə bağlı MÜHÜM XƏBƏR: "Yaxın gələcəkdə..."

Bakı şəhərində nəqliyyatın tənzimlənməsi məqsədilə çəkilən avtobus zolaqlarından hal-hazırda yalnız marşrutlar, təcili tibbi yardım, polis və yanğınsöndürmə avtomobilləri istifadə edə bilər. Lakin dünya təcrübəsi göstərir ki, bir çox ölkələrdə bu cür zolaqlardan taksilərin də istifadəsinə icazə verilir.

Bəs Azərbaycanda taksilər bu zolaqdan yaxın gələcəkdə istifadə edə bilərmi?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlmasında bildirib ki, taksilər üçün “drop off” (mindirib-düşürtmə) nöqtələrinin təşkili yönündə təhlillər aparılır.

İctimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil -

“O ki, qaldı taksilərin həmin zolaqlardan istifadəsinə, dünyada fərqli tərcrübələr var. Amma burada xüsusi rəngdə, xüsusi nişanlama olan avtomobillərdən söhbət gedir. Azərbaycanda hələ ki, bu təcrübə tətbiq olunmur”.

Ekspert sonda əlavə edib ki, bu məsələyə gələcəkdə baxıla bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*