Taliblər günahkar deyil, voleybolçu nişanlısının qohumları tərəfindən öldürülübbackend

Taliblər günahkar deyil, voleybolçu nişanlısının qohumları tərəfindən öldürülüb

Əfqanıstanın gənclərdən ibarət milli komandasının voleybolçusu Mahcubin Hakiminin taliblər tərəfindən başının kəsilməsi ilə bağlı məlumat yayılıb.

KONKRET.az bildirir ki, Hindistanın “Alt News” nəşrinin yazdığına görə, mərhumun yaxınları idmançının “Taliban” üzvləri tərəfindən öldürməsi haqda məlumatları təkzib edib.

Qeyd olunur ki, jurnalistlər Mahcubin qardaşı ilə əlaqə saxlayıblar, və o deyib ki, bacısı avqustun ilk həftəsində öldürülüb, “Taliban” isə Kabili avqustun 15-i ələ keçirib.

“O, Taliban tərəfindən öldürülməyib. Mahcubin avqustun 5-də ölüb və onun cəsədi Kabildə nişanlısının evindəki hamam otağında tapılıb. Nişanlısı Mahcubinin özünə qəsd etdiyinə inandırmağa çalışıb”, – 25 yaşlı voleybolçunun qardaşı deyib.

Qeyd olunur ki, qızın ailəsi qızlarını onun nişanlısının qohumları tərəfindən öldürülməsindən şübhələnir. Bu versiyanı Twitter istifadəçisi Reyhan Haşimi də öz profilində etdiyi paylaşımda təsdiqləyib. O, Mahcubini şəxsən tanıdığını iddia edir.

Qadın sosial şəbəkədə yazıb: “O, Əfqanıstan Milli Ordusunun komandasının üzvü idi və “Taliban” Kabili ələ keçirməzdən 10 gün əvvəl qohumları tərəfindən öldürülüb”./virtualaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*