Tamerlan Əliyevə yüksək vəzifə verildibackend

Tamerlan Əliyevə yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının Bazar Davranışlarının Tənzimlənməsi departamentinə direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Tamerlan Əliyev bu vəzifəyə təyin edilib.

T.Əliyev buna qədər Mərkəzi Bankda şöbə müdiri vəzifəsində çalışırdı.

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə bazar davranışlarına təsir edən amilləri qiymətləndirmək, riskləri müəyyən etmək, bu risklərin maliyyə sektoruna inamın təsirini ölçmək məqsədilə müxtəlif model və alətlər formalaşdırmaq, risklərin minimallaşdırılması üzrə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi siyasətini və nəzarət çərçivəsini formalaşdırmaq, habelə ölkədə maliyyə sahəsi üzrə müasir bilik və bacarıqların formalaşması və yayılmasının səmərəli təşkilini həyata keçirməkdir.

Departamentin təşkilati strukturu aşağıdakı şöbələrdən ibarətdir:

Bazar davranışları siyasəti şöbəsi;

Bazar davranışlarına nəzarətin metodologiyası şöbəsi;

Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi daxildir./banker.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*