Tanınmış aktyor islamı qəbul etdi
KONKRET.az xəbər verir ki, “Breaking Bad” filminin ulduzu Cankarlo Espozito islamı qəbul edib.
Aktyor Səudiyyə Ərəbistanında çəkilişlər zamanı şəhadət kəlamını deyib.
O bu qərarı iş zamanı müsəlmanlarla ünsiyyət qurduqdan sonra verib.
Cankarlo Espozito kino və televiziya sahəsində uzun bir karyera qurub və tamaşaçılar tərəfindən “Better Call Saul” və “The Mandalorian” kimi layihələrdəki rolları ilə yadda qalıb. Qas Frinq rolu ona beynəlxalq səviyyədə tanınma və nüfuzlu film mükafatlarına bir neçə nominasiya gətirib.\\Oxu24.com
