Tanışını başından bıçaqladı, tutuldubackend

Tanışını başından bıçaqladı, tutuldu

Avqustun 4-də saat 23 radələrində Bakı şəhəri, Yasamal rayon sakini 1970-ci il təvəllüdlü Əli Cəfərovun baş nahiyəsinə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Yasamal rayon Prokurorluğundan KONKRET.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1995-ci il təvəllüdlü İbrahim Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Cəfərova Yasamal rayonu ərazisində sonuncunun baş nahiyəsinə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İbrahim Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*