Tanışını bıçaqlayan şəxsə 4 il həbs cəzası verildibackend

Tanışını bıçaqlayan şəxsə 4 il həbs cəzası verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Eşqin Səlimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 2025-ci il sentyabrın 16-da saat 21 radələrində Gəncə şəhərinin Məhsəti qəsəbəsində, Fuad Mirzəoğlu küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Belə ki, Eşqin Səlimov tanışı olan zərərçəkmiş Köçəri Balayev (soyadı şərtidir) arasında sonuncunun ondan digər şəxslə barışmasını xahiş etməsi ilə əlaqədar mübahisə yaranıb. Təqsirləndirilən şəxs ictimai yerdə heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verib. O, özü ilə gətirdiyi mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin 1 850 manat dəyərində “Samsung S24” markalı mobil telefonunu vuraraq yararsız vəziyyətə salıb. Bununla yanaşı, Köçəriyə bıçaqla xəsarətlər yetirib.

Bu əməllərə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*