“Tapançadan tutmuş PUA-lara qədər vacib silahlar istehsal edirik”backend

"Tapançadan tutmuş PUA-lara qədər vacib silahlar istehsal edirik" 

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı müstəqil şəkildə müxtəlif növ silahlar, o cümlədən tapança, avtomat, raket və pilotsuz uçuş aparatları istehsal edir.

KONKRET.az xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malik əl-Husi “Al- Masirah” telekanalına müsahibəsində deyib.

“Yəmən hərbi istehsalda lider ərəb ölkəsidir. Ölkəmizin hərbi sənayesi tapançalardan Kalaşnikov avtomatlarına, artilleriya və tüfənglərdən tutmuş pilotsuz uçuş aparatlarına və müxtəlif raketlərə qədər hər şeyi istehsal edir”, – Əl-Husi bildirib.

Yəmən üsyançı lideri qeyd edib ki, husilər raket istehsalını “davamlı inkişaf etdirirlər”, həmçinin “PUA sahəsində böyük irəliləyişlər əldə ediblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*