Yeni Günəşli qəsəbəsinin bir qrup sakini Neftçilər metrosunu əlaqələndirən 50 saylı marşrutun köhnə olması ilə bağlı redaksiyamıza müraciət edib.
KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat karibi Tural Orucov bildirib ki, Yeni Günəşli qəsəbəsini Neftçilər metrosu ilə əlaqələndirən 50 nömrəli marşrut üzrə 12 avtobus 8 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
“Daşıyıcıya marşrut üzrə fəaliyyət göstərən avtobusların yenilənməsi barədə tapşırıq verilib. Müvafiq tədbir görülməyəcəyi təqdirdə 50 nömrəli marşrut müsabiqəyə çıxarıla bilər”, – deyə T.Orucov qeyd edib.//Milli.az