Yaponiya parlamentinin aşağı palatası Liberal Demokrat Partiyasının sədri Sanae Takaicini ölkənin 104-cü baş naziri seçib.
KONKRET.az xəbər verir ki, Sanae Takaici Yaponiya tarixində ilk qadın baş nazirdir və gün ərzində hökuməti formalaşdıracaq.
64 yaşlı Takaici ənənəvi dəyərləri dəstəkləyən mühafizəkardır və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin tərəfdarıdır.
Siyasətçilər təhlükəsizlik vəziyyətinin İkinci Dünya Müharibəsindən sonra ən çətin dövr olduğunu bildirirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az