İran Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinə və obyektlərinə qarşı sarsıdıcı cavab zərbələri endirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi bəyanat yayaraq bildirib ki, ABŞ hərbçilərinin ölkənin Sistan və Bəlucistan, eləcə də Hörmüzqan əyalətlərindəki strateji obyektlərə qarşı həyata keçirdiyi hava təcavüzünə cavab olaraq qətiyyətli addımlar atılıb. Hərbi qurumdan qeyd olunub ki, İran İslam Respublikasının silahlı qüvvələri Vaşinqtonun bölgədəki qüvvələrinə qarşı sarsıdıcı və dağıdıcı zərbələr endirməkdə davam edəcək.
Natiq Səlim,
KONKRET.az
