TƏCİLİ! Keçmiş aparat rəhbəri HƏBS EDİLDİ – FOTObackend

TƏCİLİ! Keçmiş aparat rəhbəri HƏBS EDİLDİ - FOTO

Kiyev məhkəməsi Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yermak külli miqdarda vəsaitin yuyulmasında təqsirləndirilir.

Bununla belə, məhkəmənin qərarına əsasən, Yermak 140 milyon qrivna (təqribən 3,1 milyon dollar) girov qarşılığında sərbəst buraxıla bilər.

A.Yermakın məhkəmə iclasından görüntüləri də yayılıb. O, çıxışında bildirib ki, 3,1 milyon dollarlıq girov məbləğini ödəmək üçün pulu yoxdur.

Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər.

Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də istefa verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*