Tehrandan MAQATE-nin yeni hesabatına ETİRAZbackend

Tehrandan MAQATE-nin yeni hesabatına ETİRAZ

İran Xarici İşlər Nazirliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İrana dair son hesabatını “siyasi və qərəzli” adlandıraraq onun məzmununa rəsmi etiraz edib.

KONKRET.az xəbər verir ki, nazirlikdən yayılan bəyanatda qeyd olunur ki, MAQATE-nin baş direktoru Rafael Qrossi qərəzsizliyini qoruyub saxlaya bilməyib və bu yanaşma qurumun nüfuzuna ciddi zərbə vurur.

“İran Agentliklə əməkdaşlığını davam etdirir və heç bir gizli obyektə və ya bəyan edilməmiş nüvə fəaliyyətinə malik deyil”, – deyə XİN-in bəyanatında vurğulanır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*