Təhsilhaqqını “yeyən” şöbə müdirinə cinayət içi açıldı – Nurlana Əliyevanın həbsi TƏLƏB OLUNUR – YENİLƏNİBbackend

Təhsilhaqqını "yeyən" şöbə müdirinə cinayət içi açıldı – Nurlana Əliyevanın həbsi TƏLƏB OLUNUR - YENİLƏNİB

Bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın külli miqdarda təhsil haqqı məbləğlərini mənimsəməsinə və bunun da həmin təhsil ocağının tələbələrinin narazılığına səbəb olmasına dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindan KONKRET.az-a verilən məlumata görə, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə Bakı Slavyan Universitetinin tələbələrindən daxil olmuş çoxsaylı şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılmaqla Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək.

***

10:52
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, D.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, hazırda istintaq aparılır.

Şikayətçilər tələbələrin ödəniş etmədiyi halda dəsrlərə buraxılmasını əsas gətirərək, bu məsələdə Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın da günahkar olduğunu bildirir.

Dələduzluğa məruz qalan tələbələr və onların valideynləri rektorun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir.

Qeyd edək ki, Bakı Slavyan Universitetinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri D.Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. O, 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*