Tələbə yataqxanaları ilə bağlı MÜHÜM TƏKLİF: Acınacaqlı vəziyyətdən bu yolla xilas olmaq mümkündür backend

Tələbə yataqxanaları ilə bağlı MÜHÜM TƏKLİF: Acınacaqlı vəziyyətdən bu yolla xilas olmaq mümkündür 

Azərbaycanda tələbə yataqxanalarının ümumi vəziyyəti qənaətbəxş deyil. Bu haqda tələbələr özləri də zaman-zaman fikir səsləndirirlər və şəraitin yaxşılaşdırılmasını istəyirlər. Bəs görəsən, yataqxanaların modern vəziyyətdə yenidən qurulması üçün hansı addımlar atılmalıdır?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı KONKRET.az-a açıqlamasında bildirib ki, mövcud yataqxanalar ümumi tələbələrin cəmi 5 faizinin ehtiyacını qarşılaya bilir.

Ramil Osmanlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçildi | Modern.az

Ekspertin sözlərinə görə, sovet dövründən qalan yataqxanaların əksəriyyəti vaxtilə qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması üçün istifadə edilib, digərləri isə baxımsızlıq nəticəsində sıradan çıxıb və ya özəlləşdirilib:

“Bu səbəbdən hazırda fəaliyyət göstərən tələbə yataqxanaları ümumi tələbə axınının çox kiçik bir hissəsini əhatə edir. Nəticədə, xüsusilə Bakı şəhərində tədris mövsümünün başlanğıcında kirayə mənzillərin qiymətində kəskin bahalaşma müşahidə olunur”.

Ramil Osmanlının fikrincə, dövlət bu sahəyə külli miqdarda vəsait ayırmaq imkanında deyil, təhsil müəssisələrinin də ayrıca yataqxana tikmək və idarə etmək resursları məhduddur. Problemin həlli üçün sahibkarların prosesə cəlb olunmasına və stimullaşdırıcı proqramların hazırlanmasına ehtiyac var: Türkiyə təcrübəsindən istifadə edərək bu sahəyə özəl sektorun qoşulması mümkündür.

Qeyd edək ki, Bakı və regionlarda tələbə yataqxanalarının icarə qiymətləri aylıq orta hesabla 60-150 manat arasında dəyişir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*