Telefon rabitə xətti oğurlayan qardaşlar SAXLANILDI – FOTOLARbackend

Telefon rabitə xətti oğurlayan qardaşlar SAXLANILDI - FOTOLAR

Binəqədi rayonunda telefon rabitə xəttini oğurlayan qardaşlar saxlanılıb.

KONKRET.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Mirağa və Mirsamir Birbalazadə tutulub.

Qardaşlar Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Bakı Şəhər Telefon İstehsal Birliyinə məxsus ümumi dəyəri 1 092 manat olan 185 metr uzunluğunda telefon rabitə xəttini oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*