“Televizoru aç, görəcəksən ki…” – Zaxarovadan Baş nazirəbackend

“Televizoru aç, görəcəksən ki…” – Zaxarovadan Baş nazirə

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviya Baş naziri Andris Kulberqsi tənqid edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yazıb.

Səbəb isə Baş nazirin Avropa İttifaqı (Aİ) ölkələrini Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağa çağırmasıdır.

Zaxarova bildirib ki, gələcəkdə mümkün “hibrid təhdidlərin” qarşısını almaq üçün rusiyalılara turist vizalarının verilməsinin dayandırılması çağırışı artıq aktual deyil.

Onun sözlərinə görə, Avropa İttifaqına təhlükə elə quruma üzv ölkələrin öz vətəndaşlarından gəlir:

“Kulberqs televizoru açsın. Orada Avropa İttifaqını dağıdan şəxslərin məhz Aİ vətəndaşları olduğunu göstərirlər”.

Qeyd edək ki, daha əvvəl Latviya Baş naziri bəzi Avropa ölkələrinin Rusiya vətəndaşlarına viza verməyə davam etməsindən narazılığını ifadə edib. O, Latviyanın hər il “hibrid hücumlara” məruz qaldığını deyib və 2026-cı ildə ölkəyə son beş ilin ən yüksək miqrant axınının gözlənildiyini bildirib.\\globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*