Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridirbackend

Thonqlun Sisulit: Laosun AQEM-ə üzv qəbul olunması bizim üçün dönüş nöqtələrindən biridir

Laosun AQEM-ə üzv qəbul olunması ölkə üçün dönüş nöqtələrindən biridir.

KONKRET.az xəbər verir ki, bunu Laos Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

O, ölkəsinin AQEM-in işinə töhfə verməyə hazır olduğunu bəyan edib:

“Bu bizim üçün dönəm nöqtələrindən biridir. AQEM-i əməkdaşlıq platforması kimi görürük və təşkilatın işinə, dünyada uzunmüddətli sülhün qorunmasına töhfə verməyə hazırıq. AQEM-ə üzvlük bizim üçün böyük məsuliyyət yaradır. Sülh, dostluq və əməkdaşlıq prinsiplərinə sadiq qalacağımıza söz veririk”.

Laos Prezidenti çıxışında Azərbaycanı təhlükəsiz dəhliz olaraq gördüklərini də vurğulayıb: “Bölgə ölkələrinin, təşkilata üzv dövlələrin dayanıqlı inkişafı üçün əlaqələrimizin genişlənməsi vacibdir. Biz AQEM-in prinsiplərinə xidmət etməyə hazırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*