Tiflis-Bakı reysi niyə gecikir? – AZAL-dan açıqlamabackend

Tiflis-Bakı reysi niyə gecikir? - AZAL-dan açıqlama

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin J2-8230 nömrəli Tiflis-Bakı reysi texniki səbəblərdən gecikir.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, – deyə aviaşirkət bəyan edib.


***

Bu gün saat 08:50-də yerinə yetirilməli olan AZAL aviaşirkətinin J2 8230 nömrəli Tiflis-Bakı reysi təxirə salınıb.

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Tiflis aeroportunun məlumatında bildirilib.

Məlumata əsasən, reys bu gün saat 18:00-a təyin olunub.

Reysin təxirə salınmasının səbəbi açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*