“TikTok”dan gözlənilməz yenilik: Mesajla pul göndərmək mümkün olacaqbackend

“TikTok”dan gözlənilməz yenilik: Mesajla pul göndərmək mümkün olacaq

“TikTok” istifadəçilərin şəxsi mesajlaşma vasitəsilə bir-birinə pul göndərməsinə imkan verəcək yeni funksiya hazırlayır.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, yeni sistem vasitəsilə pul köçürmələrinin “TikTok Pay” üzərindən həyata keçirilməsi nəzərdə tutulur.

Funksiyanın izləri tətbiqin ABŞ bazarı üçün hazırlanmış “iPhone” versiyasının kodunda aşkarlanıb.

Şirkətdən bildirilib ki, sözügedən imkan hazırda heç bir ölkədə sınaqdan keçirilmir. Bu da funksiyanın hələ hazırlıq mərhələsində olduğunu göstərir.

“TikTok Pay” xidməti artıq Cənub-Şərqi Asiyanın bir sıra ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Tailandda “TikTok Shop” üzərindən alış-veriş zamanı istifadə olunur.

Yeni pulköçürmə imkanının istifadəçilər üçün nə vaxt aktivləşdiriləcəyi isə hələ açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*