Tiqran Keosayan: “Paşinyan bir məxluqdur və xaindir O, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq”backend

Tiqran Keosayan: "Paşinyan bir məxluqdur və xaindir O, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq"

Rejissor Tiqran Keosayan Ermənistanın Baş naziri Nikol Paşinyan barədə çox emosional danışıb və onu sərt tənqid edib. Paşinyanın niyə “Artsaxı” (Dağlıq Qarabağı – red)  tanımadığını, yeni silah almadığını və barışıq prosesində iştirakdan imtina etdiyini anlamadığını söyləyib.

KONKRET.az xəbər verir ki, rejissorun Keosayan adlı gündəlik “Youtube” kanalındakı bu dəfəki çıxış lənətlərlə müşahidə olunub. Rejissor Paşinyan Sorosa sadiq qaldığını və mütəmadi olaraq Rusiyanın Qafqazdakı təsirini artırmaq istəməyən ABŞ-a itaət etdiyini qeyd edib: “Paşinyan bir məxluq və xaindir. O, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq”.

Keosayan daha sonra qeyd edib ki, “Paşinyan günahkardır, özü də böyük ölçüdə. Milli çöküş şəraitində “Qərbin köməyi” düşüncəsindən yuxarı qalxa və düzgün qərarlar qəbul edə bilmədi. İndi erməni döyüşçülərinin tökdükləri hər damla qan və analarının tökdükləri hər göz yaşı Ermənistan baş nazirinin vicdanındadır”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*