Tovuzda avtomobil qaçırıldıbackend

Tovuzda avtomobil qaçırıldı

Tovuz Rayon Polis Şöbəsinə yanvarın 19-da şəhər ərazisindən Aşağı Öysüzlü kənd sakini İ.Yusifə məxsus “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini A.Rüstəmov müəyyən edilərək saxlanılıb.

Tovuz RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*