Tramp 709 azərbaycanlını ölkədən çıxarırbackend

Tramp 709 azərbaycanlını ölkədən çıxarır

ABŞ immiqrasiya agentliyi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları da var.

Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3103 Türkiyə vətəndaşı, 3518 rus, 2808 erməni və 1862 ukraynalı daxildir.

Xatırladaq ki, Türkiyə vətəndaşlarının Meksika-Amerika sərhədini qeyri-qanuni keçməsi hallarının artması 2022-ci ildə baş verib və o zaman Amerikanın “News Nation” telekanalı bunu işıqlandırıb.

Sosial şəbəkələrdə Amerika immiqrasiya agentliyinin keçmiş SSRİ-yə, indiki MDB-yə, 845-ni isə bir neçə ölkəyə bölünən keçmiş Yuqoslaviyaya deportasiya etməyi planlaşdırdığı 337 qeyri-qanuni immiqrant haqda da informasiya yayılıb.

Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*