Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp Avstriya kansleri Karl Nehammerlə telefonla danışıb.
KONKRET.az xəbər verir ki, Tramp söhbət zamanı avstriyalı siyasətçinin Rusiya lideri Vladimir Putinlə bağlı fikirlərini öyrənmək istədiyini bildirib. Nehammer bunu Puls24 telekanalına müsahibəsində deyib. Nehammerin sözlərinə görə, Trampla söhbət təxminən yarım saat davam edib: “Tramp dərhal Rusiya ilə Ukrayna arasındakı münaqişəni müzakirə etməyə keçdi. O, mənim prezident Putin haqqında fikrimi öyrənmək istəyirdi. Bu, həqiqətən də onun münaqişəyə olan marağını göstərir”, – deyə Nehammer bildirib.
Daha əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov Tramp komandası ilə hələlik heç bir əlaqənin olmadığını bildirmişdi .
Vəli Həsənoğlu,
KONKRET.az