ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi əvvəlki illərdə beynəlxalq aləmdə hörmətdən düşmüşdü, lakin indi vəziyyət dəyişib.
KONKRET.az xəbər verir ki, Tramp bu barədə Rusiya Prezidenti Vladimir Putinlə iki saat yarım davam edən telefon danışığından sonra danışıb:
“Biz tam bir məsxərəyə çevrilmişdik. Amma artıq belə deyil. Mən Putinlə iki saat yarım danışdım. Bu çox ciddi söhbət idi. ABŞ yenidən hörmət olunan ölkəyə çevrilib,” — deyə Tramp qeyd edib.
Trampın bu bəyanatı onun beynəlxalq arenada daha güclü və nüfuzlu Amerika vizyonunu vurğulamaq cəhdi kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az