Tramp bu ölkə liderinin adını səhv yazdıbackend

Tramp bu ölkə liderinin adını səhv yazdı

ABŞ prezidenti Donald Tramp rəsmi məktubda Şri-Lanka prezidenti Anura Kumara Dissanayakenin adını səhv yazıb.

KONKRET.az xəbər verir ki, bu barədə Trampın sosial şəbəkədəki səhifəsində yazı yerləşdirilib. Amerika lideri 9 iyul tarixli məktubunda öz yazısında və Ağ Evin rəsmi blankında Anurun əvəzinə “Aruna” yazıb.

Səhv olan mətn dərhal silinib və siyasətçinin sosial media səhifəsində yenisi dərc olunub.

Qedy edək ki, ötən gün də Tramp Liberiyanın dövlət dilinin ingilis dili olduğunu bilməmişdi və bu, onda çaşqınlıq yaratmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*