Tramp Kolumbiya Prezidentini hədələdibackend

Tramp Kolumbiya Prezidentini hədələdi

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu narkotik ticarətinin rəhbəri adlandırıb.

KONKRET.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib.

“Qustavo Petro bütün Kolumbiyada böyük və kiçik sahələrdə narkotiklərin kütləvi istehsalını güclü şəkildə təşviq edən qanunsuz narkotik lideridir. Bu, indiyədək Kolumbiyada ən böyük biznesə çevrilib və Petro onu dayandırmaq üçün heç nə etmir. Baxmayaraq ki, ABŞ-dan irimiqyaslı ödənişlərə və subsidiyalar alınır və bu, ABŞ-ın uzun müddətdir ki, talanmasıdır. Bu gündən Kolumbiyaya belə ödənişlər, yaxud hər hansı başqa ödənişlər, subsidiyalar olmayacaq. Bu narkotik istehsalının məqsədi onun ABŞ-a böyük həcmdə satılması, beləliklə, ölümə, məhvə və xaosa səbəb olmaqdır. Petro, yeni anti-Amerika baxışlı, aşağı reytinqli və çox qeyri-populyar lider bu ölüm sahələrini dərhal bağlasa yaxşı olar. Yoxsa ABŞ onları bağlayacaq və bu, heç də gözəl alınmayacaq”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*