Tramp Netanyahunü “müharibə dövrünün baş naziri” adlandırdıbackend

Tramp Netanyahunü "müharibə dövrünün baş naziri" adlandırdı

ABŞ prezidenti Donald Tramp İsraildəki daxili siyasi vəziyyət və ölkənin baş naziri Benyamin Netanyahunun gələcək taleyi barədə diqqətçəkən açıqlamalar verib. O, həmkarının mövcud statusunu öz keçmiş rəhbərlik dövrü ilə müqayisə edib.

KONKRET.az xəbər verir ki, Donald Tramp “ABC News” telekanalına verdiyi müsahibədə Netanyahunun növbəti seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinin hələ də açıq qaldığını bildirib. Ağ Ev rəhbəri İsrail baş nazirinin üzləşdiyi reallıqları bu cür ifadə edib:

“Mən bunu dəqiq bilmirəm, onun möhtəşəm bir karyerası olub. O, fəaliyyətini davam etdirmək istəyirmi? Axı, bildiyiniz kimi, o, müharibə dövrünün baş naziridir. Çox yaxında biz bu müharibədə bu və ya digər şəkildə qalib gələcəyik. Anlayırsınız ki, o, müharibə dövrünün lideridir. Bu, tamamilə normal bir haldır, eynilə mənim özümü müharibə dövrünün prezidenti hesab etdiyim kimi”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*