Tramp “Patriot”la bağlı sözünün üstündə durmadı – Ukrayna çətin durumdabackend

Tramp “Patriot”la bağlı sözünün üstündə durmadı - Ukrayna çətin durumda

ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya verilməsinə razılıq verməyib.

KONKRET.az xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, Vaşinqton Ukraynaya “Patriot” raketlərinin PAC-3 radiolokasiya tuşlandırma texnologiyasını ötürməkdən ehtiyat edir. Sözügedən texnologiya “Boeing” şirkəti tərəfindən hazırlanır.

Nəşrin yazdığına görə, ABŞ bu texnologiyanı Rusiya tərəfinə sızdıra biləcək məlumatların əldə olunması riskindən narahatdır. Vaşinqton texnologiyanı o qədər həssas hesab edir ki, onu hətta bəzi müttəfiqləri ilə bölüşməyə hazır deyil.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*