Tramp söz verdi: İrana elə bir zərbə endirəcəyik ki…backend

Tramp söz verdi: İrana elə bir zərbə endirəcəyik ki...

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın günlərdə İrana qarşı ciddi zərbələr endirməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə o, amerikalı radioaparıcı Hyu Hyuittə müsahibəsində bildirib.

Tramp, həmçinin ABŞ-ın İranın Natanz şəhərində yerləşən nüvə obyektinə də “çox yaxın zamanda” hava zərbəsi endirə biləcəyini istisna etməyib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton İranın hazırkı hakimiyyət nümayəndələrini də hədəfə ala bilər.

“Onlar son dərəcə etibarsız insanlardır. Açığını desəm, əgər onların nə vaxtsa nüvə silahı olsaydı, bir günün içində istifadə edərdilər”, – deyə Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*