Tramp “Starlink”lə bağlı Ukraynaya söz verdibackend

Tramp "Starlink"lə bağlı Ukraynaya söz verdi

Əgər Ukraynanın “Starlink” sisteminə çıxışında problem varsa, onun həllini təmin edəcəyəm.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ Prezidenti məsələ ilə əlaqədar “SpaceX” şirkətinin rəhbəri İlon Maskla hələ danışmadığını qeyd edib.

“İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum. Problem həll edilməyibsə, onunla danışacağam. Eşitdiyimə görə, məsələ artıq həll olunub”, – deyə Tramp bildirib.

Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Starlink” sisteminin ölkədə hələ də işləmədiyini bildirdiyini xatırlatmasına cavab olaraq Tramp deyib: “Bu barədə eşitməmişəm, amma məsələni araşdıracağam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*