ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şaraa haqqında maraqlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, Reuters-ə müsahibəsində Şaraanı “mürəkkəb keçmişi olan gənc, cəlbedici bir kişi” kimi xarakterizə edib.
Tramp onların Səudiyyə Ərəbistanında baş tutan görüşünün “çox yaxşı keçdiyini” bildirib.
“Onun potensialı var – o, əsl liderdir. Vəziyyətə nəzarəti saxlamaq gücündədir”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Şaraa ABŞ tərəfindən terrorçuluqda şübhəli bilinərək axtarışa verilmişdi.
Natiq Səlim,
KONKRET.az