Donald Tramp Parisdə Vladimir Zelenski və Emmanuel Makronla görüşündə Ukraynada dərhal atəşkəsin əldə olunmasını təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Üç ölkənin liderləri sülhə dair hər hansı baxışın konkret təfərrüatlarını müzakirə etməyiblər, lakin Tramp münaqişənin tez bir zamanda sona çatması üçün danışıqların aparılmasını istədiyini vurğulayıb”, – məlumatda deyilir.
“Reuters” əlavə edir ki, nə Tramp, nə də Ukrayna böhranının həllində iştirak edən onun təyin etdiyi şəxslər münaqişənin necə başa çatacağını tam olaraq necə təsəvvür etdikləri barədə açıq danışmayıblar.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, Tramp hələlik Ukraynada atəşkəslə bağlı danışıqlar aparmaq səlahiyyətinə malik deyil. O yalnız inaqurasiyasından sonra vəziyyəti dəyişə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az