ABŞ prezidenti Donald Trampın Vaşinqton muzeylərini yenidən açmaq planlarından danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Vaşinqtondakı çoxsaylı muzeylər federal hökumətin bir hissəsidir. Onlar ictimaiyyət üçün pulsuzdur, – Tramp bildirib.
“Turistlər Vaşinqtonda muzeyləri ziyarət edə bilmirlər. İndi gözəl və təhlükəsiz küçələrimiz var, lakin muzeylər açıq deyil. Bəlkə də onları yenidən açmalıyıq”, – Tramp deyib.
Qeyd edək ki, ABŞ Konqresinin Yuxarı Palatası son həftələrdə on birinci dəfə Respublikaçılar tərəfindən təklif olunan federal hökumətin maliyyə qanun layihəsini rədd edib. Qanun layihəsini 50 senator dəstəkləyib, 43 senator əleyhinə çıxıb.
Xatırladaq ki, ABŞ-da qapanma rəsmi olaraq oktyabrın 1-dən başlayıb. Senat demokratlar və respublikaçılar arasında fikir ayrılığı səbəbindən büdcə ilə bağlı razılığa gələ bilmədikdən sonra hökumətin fəaliyyəti dayandırılıb.
Dəniz Pənahova
KONKRET.az