Tramp Vaşinqtondakı yeni zalı “Amerikaya hədiyyə” adlandırdı: Dəyəri 400 milyon dollardırbackend

Tramp Vaşinqtondakı yeni zalı “Amerikaya hədiyyə” adlandırdı: Dəyəri 400 milyon dollardır

Donald Tramp Vaşinqtonda inşa edilən yeni bal zalı və hərbi kompleksin tikintisi barədə açıqlama verib. O bildirib ki, layihə üzrə yüzlərlə məmnun tikinti işçisi dünyanın ən yaxşı bal zalının yaradılması istiqamətində səylə çalışır.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bu layihə bənzərsizdir və dünyada ona bənzər heç nə yoxdur və olmayacaq. Məhkəmə sistemində uzun və çətin mübarizənin aparılmasına baxmayaraq, hər zaman olduğu kimi, “TRAMP” dövründə də qalib ABŞ-dır. Həmçinin vurğulanıb ki, həmin bal zalı Amerikaya 400 milyon dollar dəyərində hədiyyədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*