Tramp və Netanyahu İrana hücum planını müzakirə edir? backend

Tramp və Netanyahu İrana hücum planını müzakirə edir? 

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İrana qarşı mümkün hərbi əməliyyatla bağlı intensiv danışıqlar aparıldığı iddia olunur.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı adı açıqlanmayan təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərdən əvvəl İrana hücum ehtimalı aşağı qiymətləndirilir. Bildirilir ki, Netanyahu da seçkilərə qədər belə bir əməliyyatın həyata keçirilməsini istəmir.

Bununla belə, İsrail ordusu üç mümkün ssenari üzrə hazırlıq görür: İrana müstəqil hücum, ABŞ-la birgə hərbi əməliyyat və Tehranın mümkün zərbələrinə cavab.

İsrail tərəfi ABŞ-ın gələcəkdə İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı yeni hücumla bağlı yekun qərar qəbul etdiyi rəsmən təsdiqlənməyib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*