ABŞ prezidenti Donald Tramp İranla bağlı vəziyyətin yaxşı olduğunu bildirib və ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini deyib.
KONKRET.az xəbər xerir ki, Tramp bu barədə Endryus hərbi bazasında jurnalistlərə bildirib.
“Biz Hörmüz boğazına tam nəzarət edirik. Nəzarət bizdədir, heç kimdə deyil, yalnız bizdə. Hərbi-dəniz donanmamız inanılmazdır. Əgər nə vaxtsa onlar nəsə etsələr, onları yer üzündən sadəcə silib atacaqlar”, – Tramp vurğulayıb.
O, hesab edir ki, 50 il ərzində Yaxın Şərqdə “əsas təxribatçı” rolunda çıxış edən İran artıq əvvəlki vəziyyətində deyil.
ABŞ prezidenti həmçinin bildirib ki, iyulda NATO sammitindən sonra Türkiyədən ayrılarkən İran təhlükəsi səbəbindən təhlükəsizlik xidmətinin qərarı ilə təyyarəsini gizli şəkildə dəyişib.
Natiq Səlim,
KONKRET.az
