ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərdə tutan “ideal saziş”i qəbul etməyə razılaşsa da, cəmi bir saat sonra bu razılaşmanı pozub.
KONKRET.az xəbər verir ki, razılaşmanın dərhal ardından İranın pilotsuz uçuş aparatı vasitəsilə ticarət gəmisinə hücum etdiyini açıqlayan Tramp, buna cavab olaraq ABŞ-ın İrana qarşı yeni silsilə zərbələr endirdiyini bildirib. “Onlar xəstə adamlardır”, – deyə Tramp İran rəhbərliyinin hərəkətlərinə sərt münasibət bildirib.
ABŞ Prezidenti həmçinin Tehranın Hörmüz boğazının bağlandığı barədə yaydığı bəyanatları rədd edərək, strateji su yolunun hələ də açıq olduğunu vurğulayıb.\\Musavat.com
