ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə gözlənilən görüşlə bağlı ziddiyyətli açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, o, iki həftə sonra Cənubi Koreyada görüşəcəklərini bildirsə də, daha sonra görüş barədə “bəlkə də baş tutmayacaq” deyərək diplomatik fəaliyyəti qızışdırıb.
Eyni zamanda Tramp, Çinlə tariflərlə bağlı danışıqların davam etdiyini və hələ də bu ölkəyə yüksək tariflər tətbiq etdiklərini bildirib.
Həmçinin, Çinlə bağlı digər şərhlərində isə ABŞ prezidenti Si ilə görüşünün baş tutmayacağına eyham vuraraq, “Çinlə ədalətli razılaşma əldə edəcəyik. Düşünürəm ki, bu (Si ilə) çox uğurlu görüş olacaq. Bunu gözləyən çox adam var, amma ola bilsin ki, olmayacaq. Bəlkə də baş tutmayacaq”, – deyib.
Dəniz Pənahova
KONKRET.az