Trampdan əcnəbilərlə 5 milyonluq sövdələşmə: ABŞ rus oliqarxlarına nə vəd edir?backend

Trampdan əcnəbilərlə 5 milyonluq sövdələşmə: ABŞ rus oliqarxlarına nə vəd edir?

“ABŞ varlı əcnəbilərə 5 milyon dollar müqabilində “qızıl kart” verəcək”.

KONKRET.az xəbər verir ki, bu kart onlara ABŞ-da yaşamaq və işləmək hüququ və vətəndaşlıq almaq imkanı verəcək.

“Yaşıl kart artıq mövcuddur. İndi də qızıl kart təqdim edəcəyik. Biz bu kartın qiymətini təqribən 5 milyon dollar olaraq təyin edəcəyik. Bu, yaşıl kartın üstünlüklərini verəcək, üstəlik vətəndaşlığa aparan yol olacaq. Ölkəmizə zəngin insanlar da bu kartı alıb gələcək”.

Tramp kartların satışının təxminən iki həftə ərzində başlayacağını bildirib və milyonlarla kartın satıla biləcəyini təklif edib.

“Rusiya oliqarxlarına kart satılacaqmı?” sualına Tramp belə cavab verib:

“Bəli, ola bilər. Mən bəzi rus oliqarxlarını tanıyıram ki, onlar çox gözəl insanlardır”, – Tramp vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*