Trampdan Patriot raketləri ilə bağlı Ukraynaya MÜJDƏbackend

Trampdan Patriot raketləri ilə bağlı Ukraynaya MÜJDƏ

ABŞ prezidenti Donald Tramp Ukraynalı jurnalistin cəbhədə xidmət edən hərbçinin həyat yoldaşının sualına cavabında bildirib ki, Ukraynanın ən çox ehtiyac duyduğu silahlardan biri Patriot hava hücumundan müdafiə sisteminin raketləridir və ABŞ bu raketləri təmin etməyə çalışacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp NATO-nun zirvə toplantısında suallara cavab verərkən bildirib.

“Sadəcə onu deyim ki, onlar Patriot raketlərini istəyirlər və biz onlardan bəzilərini əlçatan edə biləcəyikmi, baxacağıq. Bilirsiniz, bu raketləri əldə etmək çox çətindir. Onlara bizim də ehtiyacımız var. Biz bu sistemləri İsrailə də vermişik. Onlar inanılmaz dərəcədə effektivdir, demək olar ki, 100 faiz. Bu, inanılmazdır. Onlar buna çox ehtiyac duyurlar, siz də bunu bilirsiniz. Bu çox yaxşı sualdır və mən sizə uğurlar arzulayıram. Mən görürəm ki, bu məsələ sizi çox narahat edir”, – deyə Tramp bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*