Trampdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı YENİ AÇIQLAMA: Avropa liderləri HƏYƏCANLANDIbackend

Trampdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı YENİ AÇIQLAMA: Avropa liderləri HƏYƏCANLANDI

ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatedici məlumat verib.

KONKRET.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin yazdığına görə, Tramp Avropa liderləri ilə görüşündə Rusiya prezidenti Vladimir Putinin sülh istəmədiyini bildirib.

Tramp qeyd edib ki, Putin Ukraynada müharibəni sona çatdırmaq niyyətində deyil. Onun bu bəyanatı Qərb ölkələrində narahatlıq yaradıb.

Kreml isə yayılan xəbərləri təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Wall Street Journal”ın məlumatını şərh edərək, hesabatın Trampın özü tərəfindən verilən məlumatlarla ziddiyyət təşkil etdiyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*