Trampdan ŞOK AÇIQLAMA: Bu dövlətlər ABŞ-a qarşı sui-qəsd hazırlayırbackend

Trampdan ŞOK AÇIQLAMA: Bu dövlətlər ABŞ-a qarşı sui-qəsd hazırlayır

ABŞ prezidenti Donald Tramp Pekində İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünün qeyd olunmasını şərh edib.

KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, Çin lideri Si Tsinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya rəhbəri Kim Çen In ABŞ-a qarşı sui-qəsd hazırlayır.

“Çin Xalq Respublikasının rəhbərinin və gözəl Çin xalqının unudulmaz bayramı mübarək olsun. Amerika Birləşmiş Ştatlarına qarşı sui-qəsd hazırladığınız bir məqamda ən xoş arzularımı Vladimir Putinə və Kim Çen Ina çatdırın”, – Tramp yazıb.

Amerika lideri deyib ki, bir çox amerikalılar Çinin qələbəsi və şöhrəti uğrunda döyüşərkən həlak olublar:

“Çoxlu amerikalılar Çinin qələbəsi və şöhrəti uğrunda mübarizədə həlak olublar. Ümid edirəm ki, onlar şücaət və fədakarlıqlarına görə layiqli xatırlanacaqlar”, – Tramp deyib.

Tramp heç bir ölkənin öz ordusundan ABŞ-a qarşı istifadə etməyəcəyinə əminliyini vurğulayıb. Əlavə edib ki, bu cür hal baş versə, həmin dövlətlərin özləri üçün pis olacaq.

Tramp deyib ki, bəşəriyyət indi yenidən sülh və müharibə, dialoq və qarşıdurma arasında seçim etməlidir.

Si Tsinpin isə bildirib ki, Çin milləti böyükdür və onu qorxutmaq olmaz.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*