Trampdan Xameneiyə qarşı YENİ PLAN: İran belə TƏSLİM EDİLƏCƏKbackend

Trampdan Xameneiyə qarşı YENİ PLAN: İran belə TƏSLİM EDİLƏCƏK

ABŞ prezidenti Donald Tramp köməkçilərinə İrana qarşı blokadanın uzadılmasına hazırlaşmağı tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Wall Street Journal nəşri Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp Tehrana qarşı iqtisadi təzyiqlərin artırılmasını ən uyğun variant hesab edir. Söhbət neft ixracının məhdudlaşdırılması və gəmiçiliyə maneələrin yaradılmasından gedir.

Administrasiya daxilində hesab edirlər ki, bu yanaşma hərbi zərbələrdən və ya ABŞ-ın münaqişədən tam geri çəkilməsindən daha az risklidir.

Gözlənilir ki, təzyiqlərin gücləndirilməsi İranın iqtisadi problemlərini dərinləşdirəcək və onu Vaşinqtonun şərtləri ilə danışıqlara sövq edəcək.

Ağ Ev və Tehran tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*