Donald Tramp Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yeni prezident bunu Floridadakı Mar-a-Laqoda iqamətgahında jurnalistlərlə söhbətində deyib: “Biz Meksika Körfəzinin adını Amerika Körfəziylə dəyişdirmək niyyətindəyik. Bu ad gözəl səslənir. Geniş bir ərazini – Amerika körfəzini əhatə edir. Nə gözəl ad olduğuna fikir verdinizmi? Bu ad çox uyğun gəlir və məqsədəuyğundur”. Tramp Meksikanın immiqrasiya siyasətini də tənqid edib. O, Meksikanı ABŞ-yə daxil olan miqrant və narkotik axınına kifayət qədər nəzarət etməməkdə ittiham edib: “Meksika milyonlarla insanı ölkəmizə buraxmağı dayandırmalıdır. Onlar bunu saəcə etmək istəmirlər. Biz Meksika və Kanadadan gələn mallara çox ciddi rüsumlar tətbiq edəcəyik, çünki narkotiklər Kanadadan da rekord miqdarda gəlir”.
Vəli Həsənoğlu,
KONKRET.az