Axios nəşrinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında 40 dəqiqəlik telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, görüş zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiə (HHM) ehtiyaclarını müzakirə ediblər. Tramp silah tədarükündə mümkün gecikmələrin araşdırılacağını və bu sahədə kömək etməyə hazır olduğunu bildirib.
Həmçinin məlumatda qeyd olunur ki, ABŞ və Ukrayna nümayəndələrinin HHM və digər silah növləri üzrə danışıqlar aparması barədə razılıq əldə olunub.
Natiq Səlim,
KONKRET.az