Trampın DÇ-nın mükafatlandırma mərasimindəki hərəkəti gündəm oldu – VİDEObackend

Trampın DÇ-nın mükafatlandırma mərasimindəki hərəkəti gündəm oldu - VİDEO

ABŞ Prezidenti Donald Trampın mükafatlandırma mərasimindən sonra çəkilən çempionluq fotosu zamanı yaşanan maraqlı anlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, yayılan kadrlarda görünür ki, Tramp mükafatları təqdim etdikdən sonra komanda ilə birlikdə çəkilən ümumi fotoda səhnəni tərk etməyə tələsmir.

Kadrlardan görünür ki, FIFA prezidenti Canni İnfantino ona bir neçə dəfə jestlə kənara çəkilməsini işarə etsə də, ABŞ prezidenti futbolçuların yanında qalmağa davam edir.

Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi Trampın davranışını zarafat mövzusuna çevirsə də, digərləri bunu protokol qaydalarına uyğun olmayan addım kimi qiymətləndiriblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*