ABŞ Prezidenti Donald Trampın sağ əlində görünən qançırların səbəbi açıqlanıb.
KONKRET.az globalinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Karolin Levitt şərh verib.
O qeyd edib ki, D.Tramp tez-tez əl sıxaraq salamalaşdığına görə bu, belədir:
“Prezident xalqın adamıdır. O, sələflərinə nisbətən daha çox amerikalı ilə görüşür”, – K.Levitt deyib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Trampın fransalı həmkarı ilə görüşündə çəkilən fotolarda əlindəki qızartılar diqqət çəkib. Bu sosial medialarda 78 yaşlı ABŞ liderinin səhhəti ilə bağlı müxtəlif fərziyyələrin yaranmasına səbəb olub.