Birləşmiş Millətlər Təşkilatının ticarət agentliyinin icraçı direktoru bildirib ki, Tramp administrasiyasının tarif danışıqlarını uzatmaq qərarı ölkələr üçün qeyri-müəyyənlik və qeyri-sabitlik dövrünü daha da artırır.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar ertəsi ticarət müharibəsini gücləndirərək, Yaponiya və Cənubi Koreya kimi əsas təchizatçılardan tutmuş kiçik ticarət oyunçularına qədər 14 ölkəni xəbərdar edib.
O, avqustun 1-dək yeni kəskin tarif artımları tətbiq edəcəyini açıqlayıb.
BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Coke-Hamilton Cenevrədə keçirilən brifinqdə jurnalistlərə deyib:
“Bu qərar qeyri-müəyyənlik dövrünü effektiv şəkildə uzadır. Uzunmüddətli investisiya və biznes müqavilələrinə xələl gətirir”.
Qeyd edək ki, Tramp aprel ayında qlobal ticarət müharibəsinə başlayıb. Onun tariflə bağlı verdiyi qərarlar ölkələri çətin vəziyyətə salıb.
Müşviq Tofiqoğlu
KONKRET.az