Trampın Ukraynaya hərbi yardımının PƏRDƏARXASI: Nələr baş verir?backend

Trampın Ukraynaya hərbi yardımının PƏRDƏARXASI: Nələr baş verir?

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin sözlərinə görə, prezident Donald Tramp Ukraynaya hərbi yardımın ABŞ iqtisadiyyatı üçün mühüm imkanlar yaratdığını düşünür. O, bu yardımların Avropa tərəfindən maliyyələşdirilərək ABŞ-da silah istehsalını stimullaşdıracağını və bunun nəticəsində ölkə daxilində yeni iş yerlərinin açılacağını bildirib.

KONKRET.az xəbər verir ki, Fox News-a müsahibəsində Uitaker Trampın bu prosesi “iş yerləri yaratmaq üçün fürsət” kimi gördüyünü qeyd edib:

“Aydındır ki, prezident Tramp razılaşmalar bağlamaq ustasıdır. Düşünürəm ki, o, burada yalnız silah sistemləri istehsal etməklə Mərkəzi Amerikada yeni iş yerləri yaratmaq imkanını gördü. Mən bu istehsalat müəssisələrindən bəzilərini görmüşəm, məsələn, Ohayo ştatının Lima şəhərində yerləşən tank zavodunu. Düşünürəm ki, bu, ABŞ iqtisadiyyatına yardım etmək üçün real imkandır.”

Onun sözlərinə görə, bu prosesdə yeni NATO baş katibi Mark Rutte də mühüm rol oynayır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*